İdmanla məşğul olan aktrisa: "Gündə 100 press edin" - FOTOLAR   

Uzun müddətdir ki, idmanla məşğul olan aktrisa Pərvin Abıyeva bədən quruluşunu izləyicləri ilə bölüşüb.
“Sherg.az” xəbər verir ki, o videosunu İnstaqram profilində yerləşdirib. Pərvin həmçinin gözəllik sirlərindən də yazıb:
“Sadəcə şəkərdən, yağdan, duzdan və ağ çörəkdən imtina edin. Səhər oyandıqdan sonra orta şəkərli qəhvə için. Bu sizi uzun müddət tox tutacaq. Çox hərəkətdə olun. Qarın əzələsi istəyirsinizsə, gündə 100 press edin. Yay gəlir, özünüzü ruhlandırın”.