Elzanın Günelə yazdığı MAHNI: "Atam ölüb, anam xəstə"

Müğənni Günel Zeynalova "Atv maqazin onlarla" verilişinin "33 sual" rubrikasında qonaq olub. Sənətçinin bəstəkar-müğənni Elza Seyidcahan haqda dedikləri gülüş doğurub.   
"Sherg.az"  xəbər verir ki, Günel əməkdar artistin Türkiyəyə getməzdən öncə ona mahnı yazdığını söyləyib:
"Elza xanım mənim üçün bir mahnı bəstələmişdi. Sadəcə bir kupletini əzbər bilirəm: 
"Atam ölüb, anam xəstə, dərmana pulumuz yoxdur.
İnsaf yoxdur heç bir kəsdə,
Evdə unumuz yoxdur". 
Sanki hər şeyimi itirmişən ortalıqda qalmışam. Belə bir mahnı idi. Dedim başqa bəstə istəyirəm. Qismət belə gətirdi ki, İbrahim Tatlısəs məni Türkiyəyə apardı. Bu mahnını oxumadım. Mən gedəndən sonra Elza xanım hər günə bizə zəng edib mahnını soruşub".