Manaf Ağayev: “Burnum əyridirsə, onu niyə düzəltdirməyim?!”

Arb TV-nin “Sözbaz” verilişi müğənnilərin estetik əməliyyat etdirməsi ilə bağlı sorğu keçirib. Onlar bir neçə sənətçidən şou aləmində kimlərin təbii olduğunu soruşub.
“Sherg.az” xəbər verir ki, Sahib İbrahimov mözvu haqda bunları söyləyib:“Ad çəkə bilmərəm. Birini deyəcəm, o biri yadımdan çıxacaq. Sonra inciyəcəklər ki, məni unutdun. Az osla da, təbii müğənnilər var. Mənə sənətdən sual verin. Onu estetik etdirənlərdən soruşun”.
Manaf Ağayev isə bu sözlər deyib:

“Onu deyə bilmərəm. Gərək bir-bir yoxlayasan. O da mənim işim deyil. Edənə də, etməyənə də pis baxmıram. Hərə öz adı ilə yaşayır. Lakin bir əndazə  mövcuddur. Məsələn, burnum əyridirsə, onu niyə düzəltdirməyim? Yaxud da üzümdə bir çapıq varsa, niyə onu bərpa etməyim? Yenə də əndazədən kənara çıxmaq olmaz. Edənlərə də münasibətim pis deyil”.

Nazim Faytonçu isə kişi həmkarlarından bəhs edib:

“İlqar Muradov həm həyatda, həm də sənətdə təbiidr. O  estetik etdirməyib. Eyyub Yaqubov da elədir. Xanımlar müəyyən əməliyyatlar etdirirlər. Ona görə onlardan bir nəfər demək çətindir. Məncə, səhnədə estetik etdirməyən qadın yoxdur. Onları da qınamıram. Bir komnpleks yaranıb. Həm də bəsəbəsdir ki, filankəs plastik əməliyyat etdiribsə, mən də etdirməliyəm”.