Bu meymun Tik-Tok fenomeni oldu

Tik-Tok sosial media platformasında yayımladığı videolarla 17,6 milyon izləyicisi olan məşhur meymun Corcun vəfat etdiyi açıqlanıb.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, Corc diş müayinəsi zamanı aldığı anesteziyadan sonra ağırlaşmalar səbəbiylə ölüb.
ABŞ-ın Texas əyalətində yaşayan Corcun ailəsi yayımladığı Tik-Tok videosunda “Sarsıdıcı xəbərimiz var” deyərək xəbəri verib:
"Corcun dişlərini mütəmadi olaraq yoxlamaq üçün baytara aparırdıq. Bu vaxt anesteziya ilə əlaqəli fəsadlar yaşandı və həyatı üçün uzun bir mübarizə başladı. İyunun 7-də onu itirdik. Corc hər şey qaranlıq göründüyü zaman gələn işıq idi”.
Dünyanın hər yerindən 12 yaşındakı meymuna oyuncaqlar göndərilərkən, Corc bu hədiyyələri və yeməyi kamera qarşısında açırdı. Həmin videolar izləyiciləri tərəfindən heyranlıqla izlənilirdi.