Nazilə 22 ildən sonra ana olacaq? - Açıqlama: "Bunu sızdıranı..."

Şairə Nazilə Səfərlinin 22 ildən sonra ana olacağı ilə bağlı xəbərlər yayılıb. Onun müayinə üçün ginekoloq Natiq Məhərrəmova üz tutduğu söylənilib.
Biz də  Nazilə xanımın özü ilə əlaqə saxlayıb, məsələni aydınlaşdırdıq. O “Sherg.az”a mövzu haqda bunları söylədi:

“Bu məlumatı onlara kim və hardan sızdırıb, bilmirəm. Mən ailəm və şəxsim haqqında belə xəbərlərin yayılmasının əleyhinəyəm. Ana olanda da olacam. Sağlam insanam. Lakin belə xəbərlərin yayılmasını sevmirəm. Onlara  məlumat haradan sızdırılıb? Bununla bağlı tədbir görəcəm”.
Qeyd edək ki şairənin iki böyük yaşda övladı var.