"Heydər Əliyev Azərbaycan üzərindən oynanılan oyunları pozmuşdu"

"Yaşadığımız bu günlər Milli Qurtuluş Gününün dəyərini bizim üçün bir qədər də artırır".

"Sherg.az" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb. 

MŞ rəhbəri bildirib ki, 15 iyun tarixi həm də Qarabağın düşmən tapdağından qurtulmasına, ermənilərin illərdir qurduqları məkrli, son dərəcə incəliklə hazırladıqları qəsbkarlıq planını pozulmasına aparan yolun başlanğıc tarixidir: 

"Bəli, planı pozan ulu öndər Heydər Əliyev idi. O, 1993-cü il iyunun 15-də Bakıya gəlişilə ümumən Azərbaycan adlı məmləkət üzərindən oynanılan bütün oyunları pozmuşdu. Gördüyü işə tam varlığı və səmimiyyəti ilə inanmışdı. Heydər Əliyev gördüyü işi dövlət strategiyasına, məfkurə davasına, ideyaya çevirməyi bacarmışdı. O ideyaya ki, üzərindən illər keçdikdən sonra Qarabağın və digər torpaqlarımızın düşməndən qurtulması ilə bəhrəsini verdi. Belə dəst-xətt yalnız dahilərin əyninə biçilmiş libasdır. Heydər Əliyev dövrümüzün, əsrimizin, gələcəyimizin şəriksiz dahisidir. Belə şəxsiyyətlər hər xalq üçün nəsib ola bilən tapıntı deyil. Nə xoş ki, Heydər Əliyevimiz var. Milli Qurtuluş Günümüz mübarək!".