Şəbnəm də Rusiyanın bayrağını paylaşdı - Sərt tənqid + FOTO 

Toy üçün Rusiyaya üz tutan müğənni Şəbnəm Tovuzlu məclislərin birindən videosunu paylaşıb. O komment bölməsində Azərbaycan və Rusiya bayraqlarını da əlavə edib. 
"Sherg.az" xəbər verir ki, ifaçının bu addımı izləyiciləri qəzəbləndirib və onu tənqid atəşinə tutublar.
Məsələn, bir sosial şəbəkə istifadəçisi "Rusun bayrağının orada bir mənası yoxdur. İllərdir, rus bizə düşməndir. Erməni ilə bir millətdir" rəyini yazıb. Ş.Tovuzlu isə ona "Amma millətimiz burada rusun çörəyini yeyir. Bunu da düşün" deyərək cavab verib. Digəri isə "Nə olsun ki, millətimiz oranın çörəyini yeyir. Azərbaycanlılar olmasa rusların da işləri getməz. Siz də bunu nəzərinizdə saxlayın" kommentini əlavə edib. Ş.Tovuzlu cavabda bunları yazıb: "Mən nəsə demədim. Siz deyirsiz ki, Rusiyanın bayrağı nə gəzir. Həm torpağında oturub, həm də saymamaq da olmur".