Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təltif edib. Dövlət başçısı şairin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin”.
N.Həsənzadə bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Dövlət başçısına minnətdaram. Bu, çox yüksək qiymətdir. Və təkcə mənə deyil, həm də mədəniyyətimizə, ədəbiyyatımıza verilən dəyərdir”.