“Adam dissident kimi tanınır. Əslində isə evlər alıb, gözəl həyat yaşayıb”
“Oturub-durduğu məmurları görmüşəm. Hətta Kəmaləddin Heydərov səviyyəsində dostları da var”
“Fikirləşirəm ki, yol R.Rövşən tək hiyləgər olmaqdadı”
“Ramiz Rövşən hökümət haqqında yalnız 2003-də nəsə deyib-deməyib, bilmirəm. Ondan sonra adam dissident kimi tanınır. Əslində isə evlər alıb, gözəl həyat yaşayıb. Oturub-durduğu məmurları görmüşəm. Hətta Kəmaləddin Heydərov səviyyəsində dostları da var”.
“Sherg.az” xəbər verir ki, bu barədə mətbuata açıqlamasında tanınmış yazar Kəramət Böyükçöl danışıb. O, fikirlərinə bunları da əlavə edib:
“Camaat da deyir ki, R.Rövşən sınmadı, əyilmədi. Hərdən onun kimi hiyləgər olmaq istəyirəm. Gəncəm təcrübəm yoxdur, emosiyalarıma qalib gələ bilmirəm. Lakin fikirləşirəm ki, yol R.Rövşən tək hiyləgər olmaqdadı.
Xalq səni sınmaz,əyilməz müxalifətçi kimi qəbul etməldir, arxada isə hökümət səni sevməlidir. Özünü tərəzinin ortasında saxlamağı bacarmalısan. Bir tərəfə doğru çox əyilsən, camaat söyəcək, o biri tərəfi müdafiə etsən, hökümət səni məhv edəcək. Dövlət Nəriman Həsənzadəyə etdiyini Ramiz Rövşənə də edib. Amma Ramiz öz şəxsiyyətini qoruyub.
Danışmayıb, qaçıb, gizlənib. O, təhlükəsiz kanallara, mətbu orqanlara müsahibə verib. Bilib ki, onu çətin situasiyada qoymayacaqlar. Ramizi məişət səviyyəsində sınağa çəkmək istəməzdim. Çünki o, böyük şair və intellektualdır.
Ramizin tək problemi çox yaşamasıdır. Şair çatdığı zirvədə çox qala bilmir. Yalnız öləndə orda əbədi yaşayır. Ölə bilərdi, amma yaşadı. Məsələn, prezident ad günündə ona ev bağışladı. Yeri gəlmişkən ölkə başçısının jestini məqbul hesab edirəm. Cəmiyyətin isə Ramizlə eyni səviyyədə intellekti, potensialı yoxdur. Onun kimi şairi, mütəfəkkiri “Evi niyə götürdü? Nə üçün şəhid ailəsinə bağışlamadı?” deyə tənqid atəşinə tuturlar. Səni zirvədən endirib, öz səviyyələrində müzakirə edirlər. Ona görə bu durumda əvvəl-axır məğlub olmağa məcbursan”.