Bakıda polislər narkotik satışının qarşısını alıb.
Oxu.Az xəbər verir ki, paytaxtın Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər saxlanılıb.
Belə ki, narkotiklə mübarizə tədbirləri zamanı Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü B.Lətifov və əvvəl məhkum olunmuş 1986-cı il təvəllüdlü Z.Lətifov saxlanılıb.
B.Lətifovun üzərindən 171 qr, Z.Lətifovun üzərindən isə 4 kq-dan artıq heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.