Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə diplomatik qaynaqlardan daxil olan məlumatda bildirilir.
Məlumata əsasən M.Çavuşoğlu Azərbaycanda rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcək.
Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. (trend)