Suriyanın şimalında hərbi əməliyyatların dayandırılması və terrorçuların geri çəkilməsi üçün ABŞ-la razılaşmada müəyyən edilən 120 saatlıq vaxtın böyük hissəsi artıq geridə qalıb.
Virtualaz.org bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT World Forum"dakı çıxışında deyib.
O, həmçinin sabah Rusiyanın Soçi şəhərinə səfər edəcəyini deyib: "Rusiya lideri Vladimir Putinlə bu mövzunu müzakirə edib, daha sonra lazım olan addımları atacağıq”.
“Türkiyənin Suriyadakı fəaliyyəti bu ölkədəki vəziyyətə proporsional olmalıdır”. Bunu isə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O, Türkiyənin Suriyadakı əməliyyatlarının sabitlik prosesinin gedişatına mane yaratmamasının vacibliyinə diqqət çəkib: "Məlum olduğu kimi, sabah 120 saat və ya 5 günlük müddət dolur. Sonra vəziyyətin necə davam edəcəyini görəcəyik. Liderlər də tam olaraq bu məsələni müzakirə edəcəklər".