Tailandda bir gənc bütün gecə kompüterdə onlayn oyun oynadıqdan sonra ölüb.
17 yaşlı Plyavat Harikin tətildə bütün boş vaxtını kompüter oyunlarına həsr edib. O, gecə-gündüz monitorun qarşısında oturub və bir neçə oyun oynayıb.
Valideynləri ona dəfələrlə irad tutsa da, onu oyunun başından qaldıra bilməyiblər.
Gəncin hava qüvvələrinin əməkdaşı olan atası bir gün yataq otağına girərkən oğlunun kompüter kürsüsündən yıxıldığını görüb. Ata oğlunu ayıltmağa çalışsa da, onun öldüyünü anlayıb.
Ekspertiza gəncin gecə kompüter oyunları səbəbindən insult keçirdiyini bildirib.
Gəncin valideynləri başqa valideynlərə bu hadisədən nəticə çıxarmalarını tövsiyə edib.