Bakıda mənzildən meyit aşkarlanıb.
Lent.az -a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 68 yaşlı Kərimova Sevda Turab qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
APA -nın əldə etdiyi məlumata görə, S.Kərimova dəm qazından boğulub.