Putin türk liderlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevlə Omskda görüşəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat Xidməti yayıb. Məlumata görə, tərəflər arasında əsas müzakirə mövzusu ikitərəfli münasibətlər və beynəlxalq məsələlər olacaq.

Qeyd edək ki, görüş 16-cı Rusiya və Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində baş tutacaq.