Rusiyadan ABŞ-a xəbərdarlıq: "Gərginlik artsa…"

ABŞ Silahlı Qüvvələrinin Suriyanın şimalında yerləşdirilməsi regionda patrul xidməti aparan Suriya və Rusiya hərbçiləri üçün təsadüfi hücum riski yaradır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib.

“Qanuni hakimiyyətin öz torpaqlarında hücuma məruz qalması hibrid deyil, ən təmiz aqresiya hesab olunacaq. Əgər qurbanlar olsa və ya gərginlik artsa, bu, ABŞ-dan olan hərbi neft müdafiəçilərinin vicdanına yazılacaq”, - Kosaçev bildirib.

Kosaçev həmçinin ABŞ-ın nəzarət etməyə çalışdığı ərazinin Suriyanın təxminən 20 faizinə bərabər olduğunu qeyd edib.