Meriya icazə versə də, Müsavat mitinq keçirməyəcək

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.

Report-un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 May küçəsi, Neftçi İdman Klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinq keçirilməyəcək.

Bu barədə APA -ya partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, Müsavat Partiyası noyabrın 10-a təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 3 yer təklif etmişdi: “Lakin Bakı şəhər İcra Hakimiyyətinin cavabını qanunsuz sayırıq və buna etiraz olaraq İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəyik. Noyabrın 12-də BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndərəcəyik”.