"Ermənistanda çoxlu sayda qeyri-ənənəvi oriyentasiyalı əcnəbilərin və Hindistan, ya da Pakistandan olan müsəlmanların peyda olması antierməni layihəsinin bir hissəsidir".
Axar.az xəbər verir ki, bunu qondarma Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın keçmiş sədri Vitali Balasanyan “Shame.am”a müsahibəsində deyib. O, indi müqavimət göstərilməyəcəyi halda tezliklə Ermənistana 10 min homoseksualın gələcəyini açıqlayıb:
“Böyük təhlükələrdən biri də Ermənistana keçən hindlilərdən ibarətdir. Mənim məlumatıma görə, onların çoxu müsəlmandır və sayları 30 min nəfərə çatır”.
O, bu hindlilərin ailələrinin ABŞ tərəfindən maliyyələşdirildiyini, ona görə də onların Ermənistanda çox az miqdarda pula çalışdıqlarını söyləyib.