Şəki rayonunun prokuroru Elmar Camalov vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokuror Zakir Qaralov əmr imzalayıb.
Əmrə əsasən, Şəki rayonunun prokuroru E.Camalov Mingəçevir şəhər prokuroru təyin olunub.
Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiq edib.