Pentaqon: "Çin hədəfini açıq şəkildə bildirdi, biz də..." 

Rusiya və Çin süni intellektdən hərbidə istifadə potensialını fəal inkişaf etdirib və ABŞ bu ölkələrdən geri qalmamalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Mark Esper bildirib.

Esper süni intellektin faydalarından faydalanan ilk ölkənin illər boyu döyüş bölgəsində həlledici üstünlüyə sahib olacağını söyləyib:

“Pekin 2030-cu ildə süni intellekt sahəsində dünya lideri olmağı hədəflədiyini açıq şəkildə bildirdi. Rəqiblərimiz tempi azaltmır, biz də azaltmamalıyıq".