“Dövlət başçısı yeni təyin etdiyi kadrlara insanlarla çox diqqətli rəftar etmək və daim vətəndaşlar arasında olmaq tapşırığı verib”.
Bunu Sherg.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Baş redaktor bildirib ki, Prezident tərəfindən aparılan kadr islahatları çox uğurludur:
“Şübhə yox ki, islahatlar dövlətin inkişafına, xalqın rifahına böyük töhfələr verəcək. Dövlət başçısı qətiyyətlə vurğuladı ki, əgər vətəndaşın problemi varsa, dərhal onun aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Nəzərə alaq ki, bu günə qədər təyin olunan kadrların əksəriyyəti media ilə daim ünsiyyətdə olan insanlar olublar. Xüsusən, Yasamal rayonuna icra hakimi təyin olunmuş Elşad Həsənov hər zaman insanlarla sıx ünsiyyətdə olub.
Eyni zamanda media orqanlarında ölkənin ictimai-siyasi prosesləri ilə bağlı mövqeyini ortaya qoyub. Bütün bunlar müsbət amillərdir. Hesab edirəm ki, ümumiyyətlə, kadrların əvəzlənməsi və müasir dünyagörüşlü gənclərin iş başına gətirilməsi çox önəmlidir”.