Azərbaycan Cənubi Qafqaz regionunda nüfuz və güc sahibidir 

Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. 

“Davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayan Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. 

Azərbaycanda həyata keçirilən sosial siyasətin nümunəvi xarakter daşıdığını vurğulayan politoloq Yeganə Hacıyeva "Sherg.az"a  açıqlamasında deyib ki, 2019-cu ildə reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir göstərib: " 2015 ci il sentyabr ayında BMT və dünya liderləri tərəfindən “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” qəbul edilib.  2030-cu ilədək nail olunması nəzərdə tutulan 17 məqsəd və 169 hədəf tərtib müəyyənləşdirilib gündəliyə salınıb. 
Planetdə hər kəsi əhatə edən və universal xarakter daşıyan bu məqsədlər fonunda, qarşıdakı on beş il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər etmək qərara alıblar. Dünyada baş verə biləcək kütləvi aclıq, epidemiyalar və ictimai qeyri-sabitlik kimi ən böyük fəsadların qarşısının alınması istiqamətində bütün ölkələrin  hökumətlərinin, yerli icmaların və beynəlxalq birliyin birgə səyləri ortaya qoyulub".

Politoloqun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının rezident və qeyri-rezident agentlikləri üzv dövlətlərin hökumətləri ilə yaxından əməkdaşlıq etməklə “Qlobal Məqsədlər”  adlandırılan  17 Dayanıqlı İnkişaf Məqsədinə nail olma istiqamətində  fəaliyyət göstərirlər: "BMT nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” əsasında illik “Davamlı inkişaf hesabatı” tərtib olunur ki, bu da ölkələrin  qarşıya qoyulmuş “Qlobal Məqsədlərə”  çatma yolunda inkşaf göstəriciləri - indeksləri müəyyənləşdirilir.
Məsələn bu il Azərbaycan mümkün inkşaf dəyərləndirilməsində 100 baldan 72,6 bal toplayaraq Cənubi Qafqazın diğər  iki ölkəsini  qabaqlayıb və lider olub.  Bu indeksdə inkşaf səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və  qht və diğər yerli icmalar üzrə inkşaf qeyd alınıb. 
Bu məqam özü Azərbaycanın  strateji Cənubi Qafqaz regionunda nüfuz və güc sahibi ünvanına sahib omasını bir daha təsdiqlədi".

Sənədin detallarına gəldikdə isə Yeganə xanım qeyd edib ki,  “Davamlı inkişaf hesabatı – 2020”  sənədindən aydın olur ki Azərbaycan  dövləti gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanına xələl gətirmədən, bugünkü ehtiyacların qarşılanmasına imkan verən inkişaf edir: "Ev sahibliyi etdiyi platformalarda insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər həyata keçirilməsinə fayda verir. 
Azərbaycan həm öz ölkəsində, həm də iştirakçı olduğu layihələrlə cəmiyyətlərin rifahının  əsas elementlərindən olan  iqtisadi artım, ətraf mühitin mühafizəsi iqamətində faydalı işlər görür və s.".