Ermənistan Qazax rayonunun 7 kəndini də 30 ildir işğal edib, bu kəndlər hələ də işğal altındadır. Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan 2020-ci il 9 noyabr bəyanatının 2-ci bəndinə əsasən, Qazax rayonunun işğal edilmiş 7 kəndi və Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndi Azərbaycana geri verilməlidir.
Azərbaycana qaytarılacaq 7 kənd - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləridir. Qazax rayonun sözügedən 7 kəndini və Kərkini Azərbaycana geri qaytarması məsələsinin tezliklə həll ediləcəyi gözlənilir. Lakin Ermənistan tərəfi bu addımı atmayıb. Rəsmi Bakı Qazağın 7 kəndi, Naxçıvanın Kərki kəndinin təhvil verilməsini tələb edir. Ermənistan 7+1 kəndə əvəz olaraq Gədəbəyin Başkənd kəndini istəyir".
Mövcud durumu "Sherg.az"a dəyərləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Qazaxın 7 kəndi geri qaytarılmasa, antiterror əməliyyatı keçiriləcək:
"7 kənddən başqa Qazaxın 2 min hektar meşə və otlaq sahələri də var. Hamısını geri qaytaracağıq. 1920-ci illərin xəritəsini əsas götürülməsini tələb edəcəyik. Ermənilər “xəstə” millətdir. Onların dedikləri ilə oturub- durmayacağıq. Zəngəzur dəhlizinin də açılmasını yubadırlar. Amma bu dəhlizin açılması ilk növbədə Rusiya, Emənistana üçün faydalıdır”.