Erməni əsirliyindəki hərbçimizin qandonduran məktubu: Qırmızı Xaçdan açıqlama



Sosial şəbəkədə erməni əsirliyində olan şəxsin məktubu yayılıb. Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQX K)vasitəsi ilə evlərinə göndərdiyi məktub üzə çıxıb. 

Məktubda Laçın Novruzov həmin vaxt sağ olduğunu, Ermənistanın Edili kəndində saxlanıldığını yazıb və ailəsinə onu əsirlikdən qurtamaq üçün yalvarış dolu xahiş edib. Əsirlikdən qayıtmış bəzi şəxslər iddia ediblər ki, Laçın Novruzov bu məktubunu yazdıqdan bir müddət sonra işgəncələrlə qətlə yetirilib. Harada basdırıldığı  isə məlum deyil. Amma Laçın Novruzovun taleyi haqda heç bir rəsmi məlumat verilməyib. 

Məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitənin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova "Sherg.az"a açıqlama verib:

"BQXK fərdi işlər barədə ictimaiyyətə şərh vermir. Belə məsələlər konfidensial və ikitərəfli dialoq kimi qalır".