Prezident İlham Əliyev İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edib. Dövlət başçısı hərbi-texniki sahədə də iki ölkə arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışıb, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğulayıb, yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehtiramla keçirildiyini bildirib. Y.Razvozov İsrail şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, ağıllı şəhər, energetika, su təchizatı və digər sahələrdə iştirak etmək istəklərini diqqətə çatdırıb.
Azərbaycanın biznes üçün çox yaxşı imicə sahibliyini vurğulayan İsrailin turizm naziri ölkəmizdə biznes fəaliyyəti üçün təhlükəsiz və təminatlı şəraitin mövcudluğunun İsrail şirkətləri üçün cəlbedici olduğunu söyləyib.
Tərəflərin münasibətləri barədə "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, İsrail-Azərbaycan münasibətlərinin perspektivləri çox genişdir:
"Həm təhlükəsizlik, həm kənd təsərrüfatı, həmçinin regional maraqlar, İsrailin neft, qaz sektorunda Azərbaycanla yüksək səviyyədə əməkdaşlığı, məhz təhlükəsizlik qayğıları bizi birləşdirir. Dünya səviyyəsində azərbaycanın milli maraqlarının təmini, o cümlədən beynəlxalq nüfuzunun möhkəmləndirilməsi
İsraildə səfirlik açmasaq da, əlaqələrimiz elə yüksək pillədədir ki, həmin yoxluğu hiss etmirik".