"Ermənistandakı hadisələrin miqdarı süni şəkildə şişirdirilir. Müxtəlif mənbələrə əsasən, aksiyaların fəal üzvlərinin sayı 2 minə yaxındır. Böyük rəqəm deyil. Rusiyanın gedişata təsiri aydın görünür. Erməni müəllifi yazıb ki, nəyə görə Çernoqoriya prezidenti gələndə müxalifət iqamətgahı blokadaya alıb, amma KTMT nümayəndələri gələndə yox. Bu da insanların hansısa əmrə tabeliyinə işarə verir. Erməni müəllifin fikirləri məntiqlidir”.
Bu sözləri "Sherg.az"a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
T.Zülfüqarovun sözlərinə əsasən, əslində müxalifətin etirazları N.Paşinyanın xeyrinədir:
"N.Paşinyan digər öhdəlikləri yerinə yetirmək üçün etirazların imkan vermədiyini göstərməyə çalışır. Bu köhnə variantdır.
Paşinyanın apardığı siyasət iki mənbədən qaynaqlanır. Birincisi, real hərbi, siyasi, iqtisadi imkanlardan, ikincisi isə erməni "millətçi" olduğuna görədir. Şərait uyğunlaşsaydı, iki il əvvəlki kimi Şuşada rəqs edərdi, amma imkanı yoxdur. Paşinyandan xoş niyyətini gözləmək düzgün olmaz.
Müxalif qüvvələrin hakimiyyətə gəlməsinə şübhə ilə yanaşıram. Əgər gəlsələr, bir çox səhvlərə yol verərlər. Belə halda vəziyyəti öz xeyrinə dəyişmək üçün Azərbaycana imkanlar açılacaq. Hər halda Paşinyanın hakimiyyətdən devrilməsini düşünmürəm, o devrilsə belə, Azərbaycana problem yaranmayacaq".
Qeyd edək ki, Ermənistan paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları səngimir. Müxalifət onun başçılıq etdiyi hökuməti Qarabağ məsələsində “yolverilməz güzəştlərə getməkdə” ittihamlar səsləndirir.