“Bu da Orta Asiyadakı türk dövlətləri, Quzey Kıbrıs Türk Cümhuriyyətinin da sıx birləşməsinə şərait yaradır”
"Şübhəsiz ki, "Şuşa Bəyannaməsi" yeni dövrdə mühüm əhəmiyyət daşıyır. Çünki Bəyannamə Azərbaycanla Türkiyə arasında ən yüksək səviyyədə imzalanmış sənəddir. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birini müdafiə etmək hüququ qazanıb"
Bu sözləri "Sherg.az"a açıqlamasında türkoloq-alim Faiq Ələkbərli söyləyib.
Onun fikirlərinə görə, "Şuşa Bəyannaməsi"ndən sonra qardaş ölkə ilə münasibətlər yeni mərhələyə qədəm qoyub.
"Bəyannamə həm də digər türk dövlətləri ilə əlaqələrin inkişafı baxımından önəmlidir. Azərbaycan Türkiyə münasibətlərinin hərbi müttəfiqliyə yüksəlməsi Orta Asiyadakı türk dövlətləri, Quzey Kıbrıs Türk Cümhuriyyətinin da sıx birləşməsinə şərait yaradır. Türk dövlətləri təşkilatının yeni mərhələyə keçməsi üçün olduqca əhəmiyyətlidir. Sənədin imzalanmasının Milli Qurtuluş Gününə təsadüf etməsi də məntiqlidir.
Tarixi gündə belə Bəyannamənin imzalanması eləcə də, "bir millət, iki dövlət" olan Azərbaycanla Türkiyə dostluq, qardaşlığının bariz nümunəsidir. Gələcəyə yönəlik addım kimi regionda da müsbət təsir göstərəcək. Sözügedən müttəfiqlik siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə yalnız uğur gətirə bilər. Bölgədə sülh və sabitliyin təmini cəhətdən də müsbət rol oynayacaq".
Qeyd edək ki, 15 iyun 2021-ci il tarixində Türkiyə Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev "Şuşa Bəyannaməsi"ni imzalayıb. Ötən gün isə Şuşada sözügedən bəyannamənin birinci ildönümünə beynəlxalq konfrans baş tutub.Bəyannamənin imzalanması Milli Qurtuluş Gününə təsadüf edir.