Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edib.
Çıxışı zamanı prezident bildirib ki,Qoşulmama Hərəkatına sədrliyimiz COVID-19 pandemiyası vaxtına təsadüf etdi. Ölkəmiz pandemiyaya qarşı fəal mübarizə aparan ölkələrdən biri oldu və xəstəliklə mübarizədə aktiv rol oynadı.Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik.
Prezidentin bu çıxışı ölkəmizin beynəlxalq arenada nə qədər gücləndiyini göstərir.lakin sosial mediada hələ də ölkəmizə mane olan dövlətlərin olduğu mövzusu geniş müzakirə edilir.
Azərbaycanın növbəti dəfə böyük bir tədbirə ev sahibliyi etdiyini deyən millət vəkili, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov qeyd edib ki, çoxlu sayda nümayəndə heyətinin iştirak etdiyi bu konfransa ölkəmizin təşkilatçılıq etməsi bizə olan böyük inamın təzahürüdür:
"Azərbaycan prezidenti cənab İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə parlament şəbəkəsinin təsis olunması ilə bağlı təşəbbüs irəli sürmüşdü. Ötən il Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Madriddə keçirilən görüşdə Qoşulmama Hərəkatının parlament şəbəkəsinin təsis edilməsi reallığa çevrilmişdi. Konfransın açılış mərasimində prezident çıxış edərək bu günkü dünyada parlament diplomatiyasının nə qədər böyük rola malik olduğu və bu rolun daha da artırılması istiqamətində mühüm mesajlar verdi. Dövlət başçısı eyni çıxış zamanı ölkəmizin pademiya dövründə bir çox ölkələrə maddi və humanitar yardımların göstərilməsi faktını xüsusi vurğulayıb. Əlbəttə ki, belə hallar ölkəmizi istəməyən qüvvələri, xüsusəndə Ermənistan və ermənipərəst gücləri narahat etməkdədir. Azərbaycanın beynəlxalq qurum və təşkilatlara rəhbərlik etməsi, ölkəmizin prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada nüfuzlu və hörmətlə yanaşılan ölkələrdən birinə çevrilməsi belə qüvvələri narahat edir. Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi belə hallarda biz daha da güclü olmalıyıq. 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən sonra biz Azərbaycanın dünyada nüfuzunun daha da artmaqda olduğunu görürük. Bu gün dövlətimiz dünyada çox mühüm təşəbbüslər irəli sürən bir ölkədir. Ölkəmiz Cənubi Qafqazın lideri olmaqla yanaşı Avropanın enerji təhlükəsizliyini təmin edən, əlverişli logistika mərkəzinə çevrilən bir ölkədir. Ölkəmizin gücü qüdrətinin artması bəzi dairələri ciddi narahat edir.Bundan sonrada Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha güclü və qüdrətli olacaqdır".