“Bağların suvarılması, maşın yuyulması və.s kimi məişət işlərində içməli sudan istifadə edilir”
“Bu hadisə zamanı da su itkisinin baş verməsi yolverilməzdir”
Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidini yenidən su basıb.
"Sherg.az" "Oxu.Az"a istinadən bildirir ki,hadisənin səbəbi park ərazisində yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş su xəttinin partlaması olub.
Xatırladaq ki, daha əvvəl də sözü gedən ərazidə keçidi su basması ilə bağlı xəbərlər verilmişdi.
Bakının mərkəzində, isti yay aylarında belə bir hadisənin baş verməsi çaşqınlıq yaradıb.Sosial media da Əraziyə baxan dövlət orqanları tənqid edilib və onların işlərini düzgün yerinə yetirmədiyi bildirilib.
Suyun İlahi qüvvə olduğunu deyən Azad İstehlakçılar birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, hadisə əvvəla əhalinin keçiddən istifadəsini məhdudlaşdırır, ikincisi də, suyun israf olunmasına gətirib çıxarır:
"Təəsüflər olsun ki, ölkədə texniki su yoxdur. Bağların suvarılması, maşın yuyulması və.s kimi məişət işlərində içməli sudan istifadə edilir. Bu hadisə zamanı da su itkisinin baş verməsi yolverilməzdir. Düşünürəm ki,"Azərsu" və Bakı Şəhər İcra hakimiyyəti çox sıx inteqrasiyada işləməli və bir litr belə su itkisinə yol verməməlidir.
AİB-in sədri olaraq dəfələrlə "Azərsu"da İctimai Şurada məsələ qaldırmışam ki, biz avtomobil yuyulan yerlərin monitorinqini aparaq və onları məcbur edək ki,maşınları istifadə edilmiş su ilə yusunlar. İçməli su ilə maşın yumaq nadanlıqdır.
Əgər hadisə daha əvvəl də baş vermişdisə, gərək "Azərsu", Bakı Şəhər İcra hakimiyyəti və yerli icra qurumu elə bir iş aparsın ki, vəziyyət bir daha təkrar olunmasın. Təəsüf ki, ölkədə görülən bu kimi işlər fundamental deyil və təkrarlanır. Analoji hallar yolverilməzdir".