7 il erməni əsirliyində olan Şahbaz Quliyev Aprelin 1-i 2022-ci il tarixində aksiya etməyə cəhd etmişdi.O, əlil kimi pensiya və veteranlıq statusu ala bilmədiyini Məşğulluq Xidmətindən isə ona aylıq 160 manat maaşla süpürgəçi işi təklif edildiyini bildirmişdi.Ş. Quliyev həmçinin çox çətin vəziyyətdə yaşadığını evinin qazı və işığının kəsildiyini də,dilə gətirmişdi.
Hadisənin nə yerdə qaldığını və Şahbaz Quliyevə hansı yardımlar olduğunu öyrənmək üçün özü ilə əlaqə saxladıq.
Heç bir probleminin həll olunmadığını deyən Ş.Quliyev "Sherg.az"a bildirib ki, əsəb xəstəliyi tapıb:
“Mənə yalnız bacım və qardaşım dəstək verir. Dərmanlarımın, işıq və qazımın pulunu onlar ödəyirlər.Qızımla problemlərim isə hələ də davam edir. Hərəmiz bir tərəfədə qalmışıq.
"Qaçqınkom" un keçmiş rəhbəri Əli Həsənov kimilər edir hər şeyi. Onu Allaha tapşırıram”