Dövlət Gömrük Komitəsinin (DGK) Baş Gömrük Mühafizə Xidmətinin rəisi general-mayor İsmayıl Ələkbərov təqaüdə göndərilib. Bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb. Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
İsmayıl Ələkbərovun təqaüdə göndərilməsindən sonra Şahin Bağırovun artıq islahatlar başlanması söyləntiləri dolaşır. Bu islahatların Gömrükdə hansı dəyişikliklər gətirəcəyi maraqla gözlənilir.
Hadisənin islahat yox kadr dəyişikliyi olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki,islahat strukturun və yanaşmanın dəyişməsidir:
"Cəmiyətdə islahatla bağlı səhv yanaşma mövcüddur. Kadr dəyişikliyi islahat demək deyil. Gömrük yerində qalacaq və sadəcə isimlər dəyişəcəksə , o zaman heç bir hadisə baş verməyəcək. Amma onun qanunları, strukturu və gömrük məcəlləsi dəyişəcəksə, onun adına islahat demək olar. Kadr dəyişikliyinə qaldıqda isə bu hal sistemin özü dəyişmədən nəticə verə bilməz. Dediyim kimi gömrük xidməti ilə bağlı bağlı qanunvericilikdə dəyişməlidir".