Əhəd Məmmədli: "Evlərə, meşələrə od vuran erməni vandalları, terrorçuları yerindəcə məhv edilməlidir"
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
Ermənilər avqustun 25-nə qədər Laçın şəhərini və ətraf kəndlərini boşaltmalıdırlar. Köç prosesi artıq başlanıb. Laçından çıxarılan ermənilər bu dəfə də yaxınlarının qəbirlərini dağıdır, başdaşlarını sökür, yaşadıqları evləri yandırmaları ilə diqqət çəkirlər. Sosial şəbəkələrdə yayılan kadrlara görə, onlar qəbirləri dağıdaraq illər öncə ölmüş qohumlarının qalıqlarını da özləri ilə aparırlar.
Bir neçə gündür ki, ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən başqa bir video da yayılır.
Bu dəfə ermənilərin Laçın meşələrinə od vurmalarını əks etdirən görüntülər yayılıb. Onlar bu dəfə də heç bir beynəlxalq hüquqa, insanlığa əhəmiyyət vermədiklərini göstərmiş oldular. Çünki meşələrin yandırılması birbaşa insanlığa qarşı qəsd, ekoloji terrordur. Görünür, şovinist düşüncəli erməniləri özlərindən başqa kimsə düşündürmür. Tarixən özgə torpaqlarında məskunlaşmış ermənilər üçün bəlkə də bundan - terrorizmdən, vandallıqdan daha asan nə isə yoxdur.
Əslində Azərbaycan ərazisində məskunlaşmış ermənilərin analoji hərəkətləri artıq adi hal alıb. Onlar 44 günlük Vətən müharibəsi ərzində də işğaldan azad olunan ərazilərdə çoxlu sayda əmlaka ziyan vurublar.
Bu, ola bilsin, bir növ ermənilərdə psixoloji xəstəliyə çevrilib. Onlar olmayan əmlakları, təbii sərvətlərin tarixi sahiblərinə qaytarılması ilə barışa bilmir və bu cür namərdcəsinə “mübarizə aparırlar”.
Bundan əvvəl Laçın rayonu, Zabux və digər ərazilərdə qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurmasına dair görüntülər yayılmışdı.
Onlardan biri barbar əməlini kəndin Azərbaycana geri qaytarılması ilə "izah edib", evin azərbaycanlılara qalmaması üçün belə etdiyini bildirib.
Xatırladaq ki, ermənilər Kəlbəcəri tərk edərkən də evləri yandırıb çıxırdılar. Əgər bu, bir tərəfdən onların ənənəvi xislətini göstərirdisə, digər tərəfdən onlar çox yaxşı başa düşürdülər ki, bir də bu ərazilərə qayıtmayacaqlar. Çünki bu evlərin əsl sahibləri Azərbaycan xalqıdır.
Torpaqlarımız ermənilər tərəfindən işğal olunanda öz evlərindən çıxarılan sakinlərimizin əksəriyyəti hələ də tərk etdikləri evlərinin açarlarını özlərində saxlayırlar. Onlar bilirdilər ki, bir gün mütləq qayıdacaqlar.
Yəni ki, Azərbaycan torpaqlarından köçən ermənilərin meşələrimizə od vurması, evləri dağıtması vandalizmin növbəti nümunəsi olmaqla yanaşı, həm də həmin evlərin ermənilərə məxsus olmadığını göstərir. Qarşı tərəf hər nə qədər tarixi saxtalaşdırmağa çalışsa da, fakt faktlığında qalır. İnsan öz evini, yurd-yuvasını necə yandıra bilər ki? Azərbaycanlılar 30 il əvvəl bu torpaqlardan çıxarkən bir dənə də olsun evə ziyan vurmamışdılar. Çünki ora bizimdir. Ermənilər isə bu əməlləri ilə özlərini ifşa edirlər.
Ermənilərin törətdikləri yanğınlar bu xalqın necə barbar olduğunu dünya ictimai rəyinin gözü önünə sərməkdədir:
Politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında deyib ki, ermənilərin törətdiyi bütün cinayətlər aktlaşdırılaraq xarici media, beynəlxalq təşkilatlara, qərb ölkələrinin səfirliklərinə, konsulluqlara təqdim edilməlidir: “Biz real foto və videolar vasitəsilə ermənilərin iç üzünü açıb onlara göstərməliyik ki, görsünlər Azərbaycan torpaqları necə yağmalanır, vandalizmə qurban gedir.
Ermənilər eyni addımı Kəlbəcəri təhvil verəndə də atmışdılar. Nəticə oldumu? Ermənilərin özlərinin bu yöndə paylaşdığı videolardan onların ifşası üçün təbliğat kimi istifadə etməliyik. Qoy onlara status tələb edənlər həmin millətin əsl xisləti ilə tanış olsunlar”.
Politoloqun sözlərinə görə, Azərbaycan da baş verənlərdən nəticə çıxarmalı və bu millətin necə mundar xislətə sahib olduğunu yaxşı-yaxşı dərk etməlidir. Ermənilər hər zaman antitürk təbliğatı aparıblar. Onlar bələkdən qəbir evinə kimi bu tərbiyəni alırlar.
Onun sözlərinə görə, bu gün Laçından köçən erməniləri 30 il bundan əvvəl aldadaraq Livan və digər Şərq ölkələrindən gətirib oralarda qanunsuz olaraq yerləşdiriblər: "Azərbaycan öz təbliğat resursları vasitəsilə bunu bütün dünyaya nümayiş etdirməli, ermənilərin bu hərəkətindən diplomatik müstəvidə onlara qarşı istifadə edilməlidir. Ermənilərin bu cinayəti nə beynəlxalq hüquq normalarına, nə də milli-mənəvi ədəb-ərkana uyğundur. Halbuki, Qarabağdakı separatçı rejim rəhbərliyi adından evlərin dağıdılmayacağı, yandırılmayacağına, ekologiyaya ziyan verilməyəcəyinə söz verilmişdi. Amma baş verənlər bir daha göstərdi ki, cinayətkar rejimin sözünə inanmaq doğru deyil. Hesab edirəm ki, Azərbaycan tərəfi artıq müraciətləri dayandırıb dərhal müdaxilə etməli və həmin ərazilərə hərbi zərbələr endirməlidir.
Evlərə, meşələrə od vuran erməni vandalları, terrorçuları yerindəcə məhv edilməlidir. Ermənilər başa düşməlidir ki, belə üsullarla nəyəsə nail ola bilməyəcəklər.
Yoxsa ki, sadəcə, erməni vandalizmini çəkib göstərməklə konkret bir nəticə əldə edə bilməyəcəyik. Beynəlxalq güclər xiristian həmrəyliyi səbəbindən hər zaman erməniləri bizdən üstün tutur. Əgər biz vaxtında Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına nail ola, öz təbliğatımızı qura bilsəydik, problem bu qədər dərinləşməzdi. Azərbaycanın diaspora cəmiyyətləri, diplomatik korpus nümayəndələri üzərlərinə düşən öhdəliyi layiqincə yerinə yetirsələr, bir ovucluq ermənilərdən geri qalmazdıq”.
Qeyd edək ki, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də Laçın və Xocalı meşələrinə ermənilər tərəfindən od vurulmasını qətiyyətlə pisləyib və bu hərəkətləri təbiətə qarşı cinayət, ekoloji terror kimi qiymətləndirib.
O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun, təəssüf ki, bu gün də davam etməsinin şahidiyik:
“Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilər təkcə xalqımıza qarşı deyil, eyni zamanda təbiətimizə və təbii sərvətlərimizə, bütövlükdə isə bəşəriyyətə qarşı ekoloji terror aktını həyata keçirməkdə davam edirlər. İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandırmaqla kifayətlənməyən ermənilərin, indi də Xocalı və Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurması, bu ərazilərin onlara məxsus olmadığını göstərməklə bərabər, təbiətə düşmən münasibətin birbaşa təsdiqidir”.
Nazir müavini bildirib ki, qeyd olunan hadisə tərəfimizdən daha detallı araşdırılacaq və mövcud faktlar beynəlxalq hüquqa müvafiq olaraq qiymətləndiriləcək.