"Ulu öndər Heydər Əliyevin Azərbaycan respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir".
Bunu "Sherg.az"a YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi ilə bağlı danışarkən deyib.
O bildirib ki, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır, zəfər çalır. Hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq, gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik, demokratik bir ölkə kimi öz suverenliyi və liderliyini daim saxlayacaq".
Qeyd edək ki, noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.