General Amerikada! – “Azərbaycanla ABŞ-nin NATO fəaliyyəti…”

"Azərbaycanın ABŞ ilə hərbi əməkdaşlıq üzrə fəaliyyəti 2007-ci ildən bəri daha intensiv şəkildə inkişaf etməkdədir". 
Bunu "Sherg.az"a hərbi ekspert Ədalət Verdiyev general-polkovnik Kərim Vəliyevin ABŞ-yə səfərindən danışarkən bildirib. Onun qənaətincə, görüşlər hər iki ölkə arasında təhlükəsizlik sahəsində işlərin və Azərbaycanla ABŞ-nin NATO fəaliyyətlərinin dəstəklənməsini nəzərdə tutur:

"Azərbaycan 44 günlük müharibədə qələbə qazandıqdan sonra isə Qafqazın ən aparıcı lider dövləti kimi ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Təhlükəsizliyin, regional inkişafın təmin olunmasında ABŞ ilə Azərbaycan münasibətləri vacibdir. Burada dəniz sərhədlərinin qorunmasında, regional terrorizmlə mübarizədə, müdafiə, hərbi-texniki sahələrdə iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyini ehtimal edə bilərik". 

Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də səfərdədir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.