"Türkiyə Azərbaycanın əsas strateji partnyoru, hərbi-siyasi və iqtisadi müttəfiqidir".
Bunu "Sherg.az"a siyasi şərhçi Turab Rzayev deyib. O vurğulayıb ki, “Şuşa Bəyannaməsi” və Türkiyə-Azərbaycan "İki dövlət bir millət" prinsipinə uyğun olaraq, hərbi -siyasi mənada, həmçinin vahid bir struktur halında fəaliyyət göstərir. Ölkə rəhbəri son çıxışında Türkiyə ordusunun yalnız olmadığı mesajını verib. Xüsusilə, bölgədə geopolitik vəziyyətin kifayət qədər gərginləşdiyi bir məqamda daimi kontaktlara ehtiyac var.
Çünki Türkiyə aktiv şəkildə Suriya və Şimali İraqda antiterror əməliyyatları həyata keçirir. Eyni zamanda Qarabağda da antiterror əməliyyatlarına başlama ehtimalı mövcuddur. Çünki Türkiyəyə qarşı bir neçə terror aktı törədilib. Azərbaycanda davamlı təxribatlar baş verir. Belə olan halda, hər iki tərəf öz güclərini birləşdirməli, eyni zamanda koordinasiya şəklində hərəkət etməlidir. Həmçinin son zamanlar bəzi region dövlətlərinin, xüsusilə də, İranın Azərbaycana təhdidləri, Qarabağda törədilən provokasiyalar iki qardaş ölkənin bütün güclərini birləşdirməli olduğunu zəruri edir".
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.