"Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın Azərbaycana rəsmi səfəri təbii ki, alqışlanan bir addımdır".
Bu sözləri "Sherg.az"a hərbi ekspert Ədalət Verdiyev deyib.
O vurğulayıb ki, iki qardaş ölkə ordularının birgə təlimlər keçirdiyi müddət ərzində türkiyəli nazirin ölkəmizə gəlməsi rəsmi Ankaranın bu məsələlərə ən yüksək səviyyədə diqqət yetirdiyini deməyə əsas verir:
"Hulusi Akar və azərbaycanlı həmkarı Zakir Həsənovun bu təlimlərin yekunlarına həsr olunmuş tədbirdə birlikdə iştirak edəcəkləri gözlənilir. Nazirlər Azərbaycanı təhdid edən qüvvələrə qarşı da birgə bəyanatla çıxış edə bilərlər".
Qeyd edək ki, Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycana rəsmi səfər edəcək.