"Ermənistanın hərbi hissəsinin kazarmasında yanğın nəticəsində 15 hərbçi həlak olub. İtkiləri olan komandanlığın məsuliyyətə cəlb olunması gözlənilən hal idi".
Bunu "Sherg.az"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, Ermənistan silahlı qüvvələrinin 2-ci ordu korpusun idarə heyətinin işdən çıxarılması ciddi qanun pozuntularından xəbər verir:
"Ermənistanın hərbi hissəsində yanğın zamanı təhlükəsizliyin təmini məsələsində nöqsanlar var. İddia etmək mümkündür ki, həlak olanlar sərxoş olub. Ehtiyatsızlıqdan yanğın çıxıb. Bəlkə də, sərxoş olduqlarına görə özlərini idarə etməyi bacarmayıblar. Ermənistan hərbçilərinin arasında nizamsızlıq, etinasızlıq, spirtli içki qəbul etmələri rastlanan birinci hal deyil. Səlahiyyətli şəxslərin xidmətə münasibəti nəticəsində faciəvi hadisə yaşanıb. Deməli, Ermənistan ordusunda nizam-intizam barəsində ciddi problemlər mövcuddur".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan işdən çıxarılıb. Bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.Korpus komandirinin müavini, briqadanın qərargah rəisi polkovnik-leytenant Rudik Akopyan, maddi-texniki təchizat briqadası komandirinin müavini polkovnik-leytenant Qor Haqekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan, mühəndis-istehkamçılar bölüyünün komandiri kapitan Qor Sarkisyan, ikinci ordu korpusu qərargahının rəisi, komandir müavini, polkovnik Miqran Maxsudyan, korpus komandirinin maddi-texniki təminat üzrə müavini polkovnik Şiraz Xaçatryan, korpus komandirinin döyüş xətti üzrə müavini polkovnik Artur Ohanyan da tutuduqları vəzifədən azad ediliblər.