"Əziz qardaşım Mövlud Çavuşoğluna Azərbaycan Respublikasının İrandakı Səfirliyinə edilmiş xain terror hücumu ilə bağlı telefon zənginə və nümayiş etdirdiyi həmrəyliyə görə minnətdarlığımı bildirirəm.
İki qardaş ölkə ən çətin anlarda həmişə bir-birinin yanındadır, həmrəydir".
"Sherg.az" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov feysbuk səhifəsində yazıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.