"İsrailin İranla müharibəsi reallıqdır. İsraili dəstəkləyən Qərb koalisiyası artıq formalaşır".
"Sherg.az"xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, həmçinin Ərəb ölkələrindən ibarət koalisiya formalaşmaq üzrədir:
"Anti-İran qüvvələrinin dəstəklənməsi rəsmi Tehranın Azərbaycana münasibətdə seçəcəyi kursdan asılıdır. Yəni Anna Akopyan (red- Ermənistanın Baş Naziri Nikol Paşinyannın həyat yoldaşı) daha İrana getməməlidir. Zəngəzurdakı İran konsulluğu, çox güman ki, yaxın vaxtlarda bağlanmalıdır”.
Qeyd edək ki, İran hökuməti hələ 2021-ci ilin dekabrında Zəngəzurda baş konsulluğun açılması barədə qərar qəbul etmişdi. 2022-ci ilin oktyabrın 21-də isə İranın Baş Konsulluğunun açılış mərasimi olub.