İlon Maskdan DƏSTƏK:"Türkiyə hökuməti təsdiqləsə..."

"SpaceX" və "Twitter" şirkətlərinin sahibi İlon Mask Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib.
"Sherg.az" xəbər verir ki, "Twitter"də Yale Universitetinin müəllimi Mehmet Emin Adin Maska bildirib:
"Türkiyə və onun qonşu ölkələri böyük zəlzələ ilə üzləşib. Ciddi rabitə boşluqları var. Starlink peyklərinizlə kömək etmək şansınız varmı?".
Mask isə bu yazıya "Starlink hələ Türkiyə hökuməti tərəfindən təsdiqlənməyib. Təsdiqlənən kimi göndərə bilərik" cavabını verib.
Qeyd edək ki, İlon Maskın "SpaceX" şirkətinə aid Starlink peykləri Türkiyənin bir çox şəhərindən adi gözlə görülmüşdü.