"3 min leqal hədəfi nişangaha alan İsrail artıq açıqlayıb ki, İran nüvə silahını əldə etməyə çox yaxındır. İran təxminən, 60 metr yerin dərinliyində açdığı laboratoriyalar ilə uzun müddət İsrailin real zərbələrindən müəyyən qədər gizlənə bilib".
Bu sözləri "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidməti, beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli deyib.
O bildirib ki, ABŞ-nin eks prezidenti Donald Trampın 2019- cu ildəki mövqeyinə hansısa ABŞ prezidentinin qayıtması mütləq reallıqdır:
"Dövlət katibi Con Bolton İranın hərbi əməliyyatlarla sıradan çıxarılması planını hazırlamışdı. Başqan Trampa təqdim etmişdi. Prezidentin isə həmin layihəyə reaksiyası onu istefaya göndərməsi olmuşdu.
Hazırda İsrail konkret olaraq İranla bağlı hərbi əməliyyatlara başlayacağını açıqlayıb. Bunu minilliyin əsas hədəfi kimi ifadə edib.
İran bizim prizmadan əvvəlcə zəif Ermənistan və uzaq Hindistanla, bir də sərhədi olmayan Rusiya ilə əməkdaşlığa getməklə son seçimini faktiki etdi.
Halbuki, bölgənin digər gücü Avropa İttifaqı ABŞ və İsrailin dəqiq hərbi mövqeyinə qarşı tərəddüdlə yanaşırdı. Lakin Tehranın Ukrayna müharibəsində Rusiyaya silah ötürməsi fonunda özünü çətin vəziyyətə saldı.
Çünki yaxın günlərdə Rusiya ilə İsrail bölgədə – Yaxın Şərqdə bir – birilərinin maraqlarına zərbə vurmamaqla bağlı razılığa gəldilər. Yəni İrana qarşı mümkün hərbi münasibətdə Rusiya İsrailə qarşı çıxış etməyəcək. Bəs Azərbaycan İsraildə necə səfirlik açmaq riskini gözə ala bildi? Xarici siyasətdə Prezident İlham Əliyev faktoru inanılmaz dərəcədə dəqiq və proqnoza söykənən amillərdən asılıdır. Azərbaycan tərəfi dəqiq bilir ki, İran müharibəyə cəlb edilmək üzrədir. Savaşda qalib gəlməsi isə real deyil".