Niyə Qərb "Akkuyu"A ES-in açılışına mane olur? – ŞƏRH 

Almaniya Türkiyədə “Rosatom” şirkəti tərəfindən inşa etdirilən “Akkuyu” atom elektrik stansiyasına avadanlıq tədarükünü əngəlləyib.
Mənbə iddia edir ki, Türkiyə hökuməti hazırda tikilməkdə olan AES-ə avadanlıqların hansı şərtlərlə verilə biləcəyini öyrənmək üçün Almaniya hökuməti ilə danışıqlar aparır.Almaniya hökuməti hələlik yayılan xəbər barədə hər hansı şərh verməyib.
Xatırladaq ki, Türkiyənin ilk atom elektrik stansiyası olacaq “Akkuyu” AES-in tikintisi ilə bağlı Ankara Moskva ilə 2010-cu ildə müqavilə imzalanıb.

Zəlzələ məsələsinin bəhanə olduğunu deyən jurnalist, "Avropa.info” saytının rəhbəri Ruslan Bəşirli "Sherg.az" a bildirib ki, bundan öncəki dövrdə də, Qərb dövlətləri "Akkuyu"nun açılışına mane olmağa çalışırdılar:

"Ümumiyyətlə, bu Rusiya ilə Türkiyənin birgə layihəsidir və Qərb dövlətləri rəsmi Ankaranın atom elektrik stansiyası yaratmasını istəmir. 
Hətta eyni atom elektrik stansiyası Misirdə hazırlananda Qərb dövlətləri buna mane olmadılar. 

Lakin nə məsələdirsə, Türkiyəyə çatanda müxtəlif  bəhanələrlə əngəlləməyə çalışırlar. Bu şübhəsiz ki, siyasi məsələdir və onlar Türkiyənin atom elektrik stansiyasına sahib olmasını istəmirlər".