Avropa İttifaqı dünən Ermənistanda mülki missiyasına başlayıb.
Missiyanın əsas məqsədi Azərbaycanla vəziyyətin nizamlanmasına və regionda sabitliyin təşviqinə töhfə verməkdir.
Bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
“Avropa İttifaqı bu gün ümumi təhlükəsizlik və müdafiə siyasətinin bir hissəsi kimi Ermənistanda Aİ-nin mülki missiyasına başlayır”, - deyə bəyanatda qeyd edilib.
Missiyanın məqsədinin gərginliyi artırmaq, Azərbaycana qarşı düşmən siyasətini həyata keçirmək və sülh yolunda gedən danışıqların qarşısını almaq olduğunu deyən politoloq Tofiq Abbasov "Sherg.az"a bildirib ki, bu missiyadan heç bir müsbət təsirlər gözləmir:
"Həqiqətən də, Almaniya, Fransa və.s Avropa ölkələri missiyanı sülh üçün göndərirdirlərsə, gərək Azərbaycanın da mövqeyini diqqətə alsınlar. Çünki onların göndərdikləri mülki missiyanın üzvləri, "Jandarmlar", keçmiş hərbçilər və kəşfiyyatçılardır.
Əgər onlar sağlam məramdadırlarsa, niyə bu qəbildən olan insanları göndərirlər? Deməli, sülh məsələsini onlar üçün vacib deyil.
Onların gündəliyi qarşıdurmanın qıcıqlandırmaq, Azərbaycanın Türkiyə və Rusiya ilə birlikdə mövqelərinə xələl yetirməkdən ibarətdir.
Ümumiyyətlə, missiya heç bir müsbət hadisə vəd etmir, əksinə onlardan təxribatlar gözlənilir. Belə bir hal oduğu təqdirdə isə, biz bölgədəki dayaqlarımız və müttəfiqlərimizlə birgə istənilən təxribatın qarşısını alacağıq”.