TƏHLÜKƏ! -  “Təmir zamanı binaların kolonlar sökülür” - Çökmə ehtimalı 



Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə qəzalı vəziyyətdə olan binalarla bağlı tapşırıqlar verilib.
Məsələ İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə keçirilən müşavirədə müzakirə olunub. Müşavirədə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdə olan binaların problemi qaldırılıb. Bildirilib ki, qəzalı binaların əksəriyyəti sovet dövründə tikilib və onların istismar müddəti başa çatıb.
Qeyd edilib ki, söhbət, əsasən, “xruşşovka” adlandırılan beşmərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir və onların siyahısı daim yenilənir.

Xüsusilə vurğunıb ki, ölkə rəhbərliyinin səyləri nəticəsində son beş ildə Bakıda 1 239 qəzalı bina sökülüb, onminlərlə insan yeni mənzillərə köçürülüb və ya müvafiq kompensasiya alıb.

Bildirilib ki, hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb.
Lakin köhnə binalarla yanaşı, yeni istismara verilən binaların da çökmə təhlükəsi olduğunun şahidi oluruq. 
Məsələn Bakupost.az -a yerli sakinlər  tərəfindən “Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi olduğu çatdırılıb.
Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.
"Məsələdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir", - deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı "Kristal Abşeron" şirkəti ilə əlaqə saxlanılsa da
Şirkətdən məsələnin araşdırılıb, sabah məlumat verəcəklərini bildiriblər.

Məsələyə münasibət bildirən memar Elçin Əliyev "Sherg.az"a vurğulayıb ki, son zamanlarda istifadəyə verilən binaların tikintisi zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilir:

"Bu gün Bakıdakı binaların tikilişinə ciddi nəzarət olunur. Bina hazır olduqdan sonra isə insanlara verilir və ona heç kəs ona nəzarət etmir. Əsas təhlükə məhz burada başlayır.

Mənzillərə köçən şəxslər təmirə başlayır və bu zaman divarların planlaması dəyişdirilir, kolonlar sökülür. Yəni binanın içərisində hansı dəyişikliklərin olduğu dəqiq bilinmir. 

Təhlükə isə bundan dolayı başlayır. İlk növbədə tikilmiş binaların konstruksiyalarına və mənzillərinə baxış keçirməyin lazımlı olduğunu hesab edirəm".