Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80 milyon manat vəsait ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb
Sərəncamla Maliyyə Nazirliyinə bu sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncamı yüksək qiymətləndirdiyini söyləyən Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupun direktoru Elşad Eyvazlı "Sherg.az"a qeyd edib ki, Kəlbəcərin bərpası ilə bağlı 80 milyon vəsaitin ayrılması ölkə başçısının işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına göstərdiyi diqqətin daha bir nümunəsidir:
"Torpaqlarımız azad edildikdən sonra Azərbaycan bütün gücünü həmin ərazilərdə yenidənqurma işlərinə sərf edir. Bu da təqdirəlayiq haldır. Artıq Laçına, Şuşaya və Füzuliyə qayıdışlar həyata keçirilir. Təbii ki, bütün rayonlar diqqət mərkəzindədir və mərhələli şəkildə məsələlərin həllinə baxılır. Kəlbəcərə isə digər bölgələrlə müqayisədə gediş-gəliş çətindir. Çünki ora əsas yol
Ağdərə ərazisindən keçir. Ağdərə isə işğal altındadır. Tək alternativ Murov istiqamətindəki yoldur. Amma Murov tunelinin tikintisi gələn il yekunlaşacaq və bundan sonra Kəlbəcərə getmək çox asan olacaq".
E.Eyvazlı qeyd edib ki, bir kəlbəcərli kimi göstərdiyi diqqətə görə ölkə başçısına təşəkkür edir:
"Bütün kəlbəcərlilər və dünya azərbaycanlıları işğaldan azad olunmuş ərazilərdəki quruculuq işlərinə görə cənab Prezidentə minnətdardırlar. Bu günlərdə erməni tərəfinin BMT Təhlükəsizlik Şurasında yalançı məsələr qaldırması da, onların azərbaycanlıların sürətli şəkildə qayıdışını gözləməmələri ilə bağlıdır. Çünki xüsusilə Laçına geri qayıdış Ermənistanı narahat edir. Digər tərəfdən biz əminik ki, Kəlbəcərin bərpası üçün ölkə başçısı tərəfindən daha çox vəsait ayrılacaq. Ümumiyyətlə , Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdəki məsələlərin həlli üçün kifayət qədər gücü var. Yaxın zamanlarda bütün kəlbəcərlilərin c