Bakıda iri tutumlu sərnişin avtobuslarının artırılması vacibdir - Ekspert

Cari ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan avtobusların sayı 3.2 dəfə azalıb.
Dövlət Gömrük Komitəsinin xəbərinə görə, cari ilin yanvar-noyabr aylarında ölkəyə 7 524.89 min ABŞ dolları dəyərində sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan mühərrikli 116 nəqliyyat vasitəsi idxal edilib.Ötən il isə 50 883.78 min ABŞ dollar dəyərində 374 belə nəqliyyat vasitəsi idxal edilib. Bununla da ötən illə müqayisədə idxal olunan belə avtomobillərin dəyəri 6.8 dəfə azalıb.  Maraqlıdır,sərnişinlər avtobusların azlığından narazı olduqları halda Azərbaycana idxal olunan avtobusların sayı niyə azalıb? .  
 Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, ölkəyə daxil olan nəqliyyat vasitələrinin sayında xüsusən kiçik və orta tutumlu mikroavtobusların çəki payında azalmalar var:   
“Bu rəqəmlər statistikada  da açıq-aşkar görsənir. Məsələ ondan ibarətdir ki, nəqliyyat vasitələrinin idxal prossesi artıq cəlbedici görsənmir. Xüsusən turizm şirkətlərində hansısa bir əraziyə səyahət etmək üçün bundan istifadə olunur. Ona görə də qiymət baxımından sahibkarlarda,iş adamlarında daha az maraq kəsb edir. Avtobusların sayı artırılarsa, rentabellik yüksələr. Bəzi nəqliyyat vasitələrinin ehtiyyat hissələri baha başa gəlir. Nəticədə onun təmiri istismarından dəfələrlə yüksə qiymətdə olduğundan sahibkar sonra, onu normal qiymətə sata bilmir. Onu da qeyd edim ki, paytaxtda iri tutumlu sərnişin daşıma avtobuslarının artırılması vacibdir. Paytaxtda elə ərazilər var ki,avtobusların çoxaldılmasına və metrolara daha yaxın gedişin təmin edilməsinə böyük ehtiyac var. İdxal olunan avtobusların kondisioner sistemi, mühərriki keyfiyyətli olmalıdır. Həmçinin, sərnişinlərin özünəməxsus istəkləri vardır ki, bu da sərnişin daşımada təşkil edilməlidir".