Yücel Karauz: Rusiya ilə yeganə danışa bilən ölkə Türkiyədir

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş hazırlanır.
Bu barədə Türkiyə liderinin administrasiyası bildirib.
“Tarix və yer ilə bağlı hələ konkret bir şey yoxdur. Görüşün gündəliyi var, diplomatik kanallarla müvafiq işlər aparılır”, - məlumatda bildirilib.
Bildirib ki, Türkiyə Rusiyaya Ukrayna ilə danışıqların bərpasını təklif edəcək. 


Gözlənilən görüşü "Sherg.az"a dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz söyləyib ki, Türkiyə ilə Rusiya arasındakı əlaqələr artıq strateji səviyyədədir: 

"Dünya Ukrayna və digər gəlişmələrlə bağlı Vladimir Putin ilə müzakirələri bacarmadığı üçün Rusiya ilə yeganə danışa bilən ölkə Türkiyədir. Putinin önümüzdəki zamanda Türkiyəyə edəcəyi ziyarətdə Qafqaza sabitliyin gəlməsi,  daha sonra Ermənistan Azərbaycan barışının təmin edilməsi gündəmə gələcək. Eyni zamanda Ukrayna-Rusiya savaşında tezliklə yenidən insani yardım koridorunun açılması və qalıcı atəşkəsin təmin edilməsi müzakirə olunacaq. Digər tərəfdən iki ölkə Prezidentləri arasında Suriyada baş verən hadisələr və İsrail Fələstində olan  mövcud problemlər danışılacaq. Həmçinin, iqdisadi və davam edən mərkəzi ikili əlaqələr masaya yatırılacaq. Rəcəb Tayyib Ərdoğanın bundan əvvəl Zelenski ilə telefon danışığı oldu. İndi iki tərəfi də eyni ölçüdə razı salacaq və axan qanı dayandıracaq həll yolu tapılacaq. Bu görüşmə önəmlidir və müsbət nəticələr verəcək".