Mahmud Abbas-Blinken görüşü: ABŞ bütün düymələrə basır

Fələstin lideri Mahmud Abbas ABŞ dövlət katibi Antoni Blinkeni İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərindəki iqamətgahında qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, danışıqlar Qəzza zolağındakı və İordan çayının qərb sahilindəki vəziyyətin gərginləşməsi müzakirələrin əsas mövzusu olub.
Qeyd edək ki, ABŞ dövlət katibi İsrail rəhbərliyi ilə keçirdiyi bir sıra görüşlərdən sonra Ramallaha gəlib.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Rusif Məmmədsoy bildirib ki, Antoni Blinkenin Yaxın Şərqə səfərlərinin pərdəarxasında ən vacib detal İsrail və HƏMAS arasındakı qarşıdurmanın nəticələridir:
"Eyni zamanda görüşün məqsədi bu müstəvidə Rusiya Ukrayna savaşında müəyyən mənada Amerikaya gücün düşməsindən irəli gəlir. Xüsusilə Amerikanın məqsədi İsrail və HƏMAS arasında müvəqqəti də olsa, atəşkəsin imzalanmasından ibarətdir. Ona görə də İsrailin ətrafındakı İrana bağlı poksik qüvvələri neytrallaşdırmaq istəyir. Antoni Blinkenin səfərinin ilkin olaraq Türkiyədən başlaması da vacib amildir. Çünki Rəcəb Tayyib Ərdoğan uzun fasilədən sonra Blinkeni qəbul etdi. Həmin görüş zamanı danışılan mövzular da pərdəarxası oldu. Ancaq ehtimallar ondan ibarətdir ki, müzakirə olunan məsələlər içərisində Türkiyə ilə qarşılıqlı anlaşmanın lazım olması yer alır. Çünki Türkiyənin də Yaxın Şərqdə ciddi nüfuzu var və həmin qüvvələr də onun sözünü eşidir. Məsələ təkcə İordaniya deyil, ümumilikdə Amerikanın baxışı bundan ibarətdir ki, bir neçə cəbhədə mübarizə aparmaq olduqca çətindir. Eyni zamanda Prezident seçkiləri yaxınlaşır. Prezidentliyə namizədlər isə həm yəhudi, həm də erməni lobbisinin ciddi təsirlərinə məruz qalır. Ona görə də Co Bayden administrasiyası bacardığı qədər prosesləri səngitməyə çalışır".