İzmirdə 2 uşaq atası taksi sürücüsü olan Oğuz Ergeni (44) 3 güllə ilə öldürən Delil Aysal (19) bu gün ilk dəfə hakim qarşısında cavab verib.
News24.az xəbər verir ki, sədrlik edən hakim soruşub: “Qətl niyə törətmisən?". Qatil Delil Aysal suala "Mənim psixoloji problemlərim var idi. Ailəm də mənə təzyiq edirdi, intihar etmək istəyirdim" cavabını verib. Məhkəmə sədri bu cavaba “Sizin problemlərinizdən başqaları əziyyət çəkməlidir?!”, - deyə cavablandırıb.
İlk iclasda qərar verilməsə də, ağırlaşdırılmış ömürlük həbs istəyi ilə mühakimə olunan təqsirləndirilən Dəlil Aysalın həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verilib.
Növbəti məhkəmə iclası 8 mart 2024-cü il tarixinə təxirə salınıb.