ABŞ husiləri terrorçu qrup elan edib

ABŞ Yəməndəki husiləri terrorçu qrup elan edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd edilib ki, terrorçu qrup elan olunmasıyla əlaqədar husilərə qarşı sanksiyalar 30 gün sonra qüvvəyə minəcək.

Vaşinqton qərarını husilərin son zamanlar ticarət gəmilərinə və onları müdafiə edən müttəfiqlərə qarşı davamlı hücumlar təşkil etməsi, qlobal ticarət üçün böyük problemlər yaratması ilə izah edib. Dövlət Departamentinin bəyanatında bildirilir ki, əgər husilər Qırmızı dənizdə və Ədən körfəzində hücumlarını dayandırarsa, ABŞ qərarına yenidən baxacaq. Nəzərə çatdırılıb ki, sanksiyaların sadə yəmənlilərə neqativ təsir etməməsi üçün ərzaq və tibbi ləvazimatın Yəmənə çatdırılmasına yenə icazə veriləcək.